Naxçıvan Dövlət Universitetinin “E-cədvəl” mobil tətbiqi “NETTY 2021” Azərbaycanın milli internet mükafatını qazanıb
Naxçıvan Dövlət Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, təhsil və innovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın Milli İnternet Mükafatına layiq görülüb. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 200-dən çox layihənin iştirak etdiyi müsabiqədə virtual münsiflər heyəti və ekspert şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib. Daxili səsvermə əsasında akademiyanın nümayəndələri mövcud nominasiyalardan üzrə bir qalib müəyyən ediblər. Qeyd edək ki, NDU-nun tələbələri dərs, kollokvium, imtahan cədvəllərinin, imtahan suallarının və nəticələrinin vahid platformada birləşdiyi istənilən elektron materialı “E-cədvəl” mobil tətbiqindən əldə edə bilirlər.
Oxşar Məlumatlar
08.10.2026
11.09.2025