NDU-nun yenilənmiş rəsmi internet saytının təqdimatı keçirilib
Təqdimat zamanı bildirilib ki, yeni platformada məlumatların daha sistemli təqdimatı, rahat naviqasiya, sürətli axtarış vəmüxtəlif cihazlara uyğun responsiv dizayn əsas götürülüb. Saytda NDU ID vasitəsilə vahid giriş sistemi, rol əsaslı idarəetmə və müasir təhlükəsizlik mexanizmləri tətbiq olunub.
Yenilənmiş saytın əsas yeniliklərindən biri süni intellekt əsaslı tərcümə funksiyasının inteqrasiyasıdır. Bu imkan universitetə aid məlumatların müxtəlif dillərdə daha operativ hazırlanmasına və təqdim edilməsinə şərait yaradır.
Təqdimatın praktiki hissəsində saytın əsas bölmələri, axtarış və naviqasiya imkanları, eləcə də inzibati idarəetmə paneli nümayiş etdirilib. Saytın hazırlanması ilə bağlı görülən işlər barədə İnformasiya Texnologiyaları Şöbəsinin veb-dizayneri Xəyalə Kərimova və sistem inzibatçısı Rəşad Abbasov məlumat veriblər.
Sonda NDU-nun rektoru Elbrus İsayev çıxış edərək yenilənmiş rəsmi internet saytının universitetin rəqəmsal inkişafı, məlumatların daha müasir və əlçatan formada təqdim olunması, tələbə və əməkdaşlar üçün rahat rəqəmsal mühitin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Foto Qalereya
Bütün fotoşəkillər və slayd
Oxşar Məlumatlar
11.09.2025
11.09.2025