Proqram Təminatı və İnteqrasiya
Universitet proseslərinin avtomatlaşdırılması, fərdi sistemlərin və verilənlər bazası inteqrasiyalarının hazırlanması.
Xidmət Haqqında
Universitetin tədris prosesini, elektron sənəd idarəetməsini, tələbə və işçi qeydiyyatını rəqəmsallaşdıran unikal proqram həllərinin layihələndirilməsi, sıfırdan proqramlaşdırılması və mövcud bazalarla API səviyyəsində inteqrasiyası həyata keçirilir.
Əhatə Olunan Sahələr
Tədris və Tələbə Sistemləri
Elektron jurnal, dərs cədvəlləri, imtahan test sistemləri və tələbə kabinetləri.
API və Verilənlər Bazası İnteqrasiyası
Dövlət orqanları və universitetin müxtəlif daxili portalları arasında məlumat mübadiləsi.
Analitika və Hesabatlılıq
Rəhbərlik üçün avtomatik statistik hesabatların və diaqramların generasiyası.
Təhlükəsiz Giriş və Avtorizasiya
SSO (Single Sign-On) və iki mərhələli autentifikasiya (2FA) texnologiyaları.
Xidmət üzrə müraciət və texniki dəstək
Struktur bölmələr, müəllim və tələbələr bu xidmətlə bağlı rəsmi müraciətlərini İT Şöbəsinə göndərə bilərlər.